Həyat yoldaşım Rüfətin təcridxanadan göndərdiyi müraciəti oxudum.Mənim üçün nə qədər ağır olsa da onun bu iradəsi məni çox sevindirdi.Ruhən özümü Rüfətin yanında hiss edirəm.O mənim ömür sirdaşım olmaqla bərabər həm də əqidə dostu idik.Biz birlikdə çox mətləbəri müzakirə edir və mövcud qanunsuzluqlar haqda xeyli fikir mübadiləsi aparırdıq.Bu düşüncə həmrəyliyi qirilmazdır və sonunadək davam edəcəkdir.Rüfəti haqsız və ədalətsiz olaraq mühakimə edib zindana atdılar.Hər çətin günün bir aydınlığı olur.Onu rüşvətxorluqda ittiham edənlərə sadəcə gülürəm.Rüfət heç bir vaxt evə haram tikə gətirmədi,kiminsə haqqını tapdalayıb üstündən keçmədi.Eybi yox.Zaman gələr kimin haqlı və haqsız olduğunu görmək bizlərə nəsib olar.Buna Allahım qədər inanıram.Rüfəti zindana atanlara sözüm budur əgər o doğurdan da rüşvətə meyilli müstəntiq idisə nədən şirin çayına acı qatıb dəmir barmaqlıqlar arasına gedərdi.Elə rüşvətini davam etdirib işində də qalardı,lakin o bunun əksinə gedərək qanunsuzluqlara etiraz edib vəzifəsindən istefa verdi sonunda bunun da bəlasına düçar oldu. Əzizim Rüfət, möhkəm iradəli ol.Mən möhkəm və nikbinəm və sənə olan ədalətsizliyə qarşı mübarizədə sonuna qədər varam. Nuray Səfərova
Related Posts
İlqar Məmmədov aprelin 22-də həbsdən azad oluna bilər
- admin
- 21/04/2016
- 0
Real Vətəndaş Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov aprelin 22-də həbsdən azad oluna bilər. Şəki […]
Ötən il intiharların sayında 50 faizlik artım olub
- admin
- 01/02/2018
- 0
Qubad İbadoğlu Hər 3 gündə 4 nəfər intihar edir, onların 60 faizə qədəri yaşı 40-dan […]
BƏƏ: xaricdə milli paltar geyinməmək tövsiyyə olunur
- admin
- 03/07/2016
- 0
Birləşmiş Ərəb Əmirlikləri hökuməti vətəndaşlarına xaricdə milli paltarlarını geyinməməklə bağlı xəbərdar edib. Xəbərdarlığa səbəb isə […]