Nümayişçilər Sarkisyanın təklifini rədd etdi

ermenistan-_aksiyaEtirazlar davam edir!

Ermənistanda günlərdir elektrik enerjisinə qiymət artımına etiraz edən nümayişçilər prezident Serj Sarkisyanın təklifini rədd etdi
Ermənistandakı nümayişlərin son tapması üçün prezident Serj Sarkisyan fealiyyete keçib. Aksiyaçıların da iştirak etdiyi bir heyətin enerji şirkətində yoxlama etməsini istəyən Sarkisyan, bu müddət içində qiymət artımını dövlət tərəfindən sübvanse edilməsini təklif etdi.

Sarkisyanın təklifini kafi qəbul etməyən nümayişçilər etiraza davam qərarı aldı. İrəvanda prezident binasının da olduğu Bagramyan prospektini nəqliyyata bağlayan aksiyaçılar 1 Avqustdan etibarən etibarlı olacaq 17%-lik qiymət artımını geri alınmaması halında küçələri tərk etməyəcəklərini söyləyir.

Aksiyalara qatılanların sayı hər keçən gün artır. Bir həftə əvvəl 5 min adamın qatıldığı nümayişə dəstək verənlərin sayının 15 minə çatdığını bildirilir.

Mətləb BALAKİŞİYEV