Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Avropa Ittifaqını tənqid edib.O, bu gün, dekabrın 4-ü özünün facebook səhifəsində ittifaqın separatizmə münasibətini hədəf alıb.“Avropa İttifaqının ötən illərdə separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir. Tarixin bir qanunu belədir: Böyüklərin böyük səhvləri özlərinə problemə çevrilir”, İlham Əliyevin köməkşisi vurgulayıb.O, Avropa İttifaqı ilə bərabər əksər nüfuzlu beynəlxalq qurumların, ölkələrin rəhbərlərinin fəaliyyətindən narazılıq ifadı edib.“Beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, ittifaqlar və planetin aparıcı ölkələri, liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə onların arxasınca sürünürlər”.N.Məmmədova görə, intellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman, belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir. O, vurgulayıb ki, beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də belə xarakterlidir.Novruz Məmmədov bu ifadələri Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə yeni təyin edilən xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən sonra qələmə alıb.Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti Azərbacanda səfərdədir. Bu gün səhər dövlət başçısı İ.Əliyev həmin nümayəndə heyətini qəbul edib. Görüşdə N.Məmmədov da iştirak edib.
Related Posts

BƏƏ: xaricdə milli paltar geyinməmək tövsiyyə olunur
- admin
- 03/07/2016
- 0
Birləşmiş Ərəb Əmirlikləri hökuməti vətəndaşlarına xaricdə milli paltarlarını geyinməməklə bağlı xəbərdar edib. Xəbərdarlığa səbəb isə […]

“Əli İnsanov istintaqa heç bir ifadə verməyib”
- admin
- 03/03/2017
- 0
“Bu ayın sonunadək Əli İnsanovla bağlı istintaq yekunlaşacaq. O, ittihamları rədd edir və istintaqa hər […]

Britaniya hökuməti“Mən Azərbaycan hakimiyyətini, qanunun aliliyinə hörmət etməyə çağırıram”
- admin
- 17/08/2016
- 0
Böyük Britaniyanın Avropa və Amerika İşləri üzrə naziri Alan Dunkan Azərbaycan hakimiyyətinin başlatdığı yeni repressiya […]