”Norveç demokratik dövlət quruculuğunda Azərbaycana dəstək verməyə hazırdı”.

Mərkəzində Vətəndaş Cəmiyyəti Müdafiə Forumu keçirilib. Forumda Norveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsen də iştirak edib. Səfir çıxışında vətəndaş cəmiyyətlərinin inkişafının zəruriliyinə diqqət çəkib və bunun hər bir dövlətin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:загружено

“Hər bir dövlətin inkişafı və möhkəmlənməsi üçün vacib olan şərtlərdən biri güclü vətəndaş cəmiyyətinin mövcudluğudur. Norveçin bu məsələdiki mövqeyi bəllidir. Təmsil etdiyim dövlət bu istiqamətdə aktiv siyasət yürüdür. Norveç Azərbaycanı demokratik dövlət kimi görmək istəyir. Norveç demokratik dövlət quruculuğunda Azərbaycana dəstək verməyə hazırdır. Norveçin Azərbaycandakı səfirliyi də ölkədəki vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq edir”