AXCP sədri Əli Kərimli hökumətin yeni “vergi siyasəti”nə münasibət bildirib. Əli Kərimli yazır:
“Öz halalca pulunu bankda nağdlaşdırmaq istəyən vergi verəcək. Toylarda, şənliklərdə və s. aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq edənlər, hətta dayəliklə pul qazananlar da vergiyə cəlb ediləcək. Avtomobillər üçün aksiz vergiləri də artırılır. Başa düşdük, ölkədə vəziyyət pisdir, dövləti dağıdıb, müflis etmisiniz. Bəs vəziyyət bu qədər ağırdırsa, ölkənin qeyri-rəsmi milyarderləri niyə hər cür vergi və rüsumlardan azaddırlar? Niyə ölkənin zəngin adamları – milyonçu və milyarderləri böyük vergi ödəyiciləri deyil? Ona görə ki, onlar var-dövlətlərini oğurluq yolu ilə qazanıblar və sizin dəftər-kitabınızda maaşa işləyən təvəzökar məmurlardır? Heç olmasa, bu böhran vaxtı öz yükünüzü kasıbların boynuna yükləməyin. Bu ölkədə xeyli insan aclığa yaxın bir vəziyyətdə yaşayır, başa düşmürsünüz?”