Eyvaz Taha
Ermənistan Dağlıq Qarabağın işğal olunmuş ərazisindən çox uzaqda hücuma keçdi. Belə bir yer dəyişmə olduqca təhlükəli və strateji mahiyyət daşıyır. Çünki Ermənistan Tovuz yüksəkliklərini işğal etməklə cemi 69 kilometr enlikdə olan bir koridoru nəzarət altına ala bilərdi. Şübhə yoxdur ki, bu koridor iqtisadiyyat baxımından Azərbaycanın şah damarıdır. Həmin zolaq yollar və boru kəmərlərinin keçididirp. Başqa sözlə, Respublika bu zolaq vasitəsilə Türkiyə və Avropaya bağlanır.
Niyə indi hücum? Vaxt seçimi, ehtimal ki, Rusiyanın Türkiyə ilə münasibətləri ilə əlaqədardır. Keçən qışda Ərdoğanın Kiyevə səfəri ilə Türkiyə-Ukrayna münasibətləri daha da gərginləşdi. Bu, Putini qıcıqlandırmaya bilməzdi. İki ölkə təyyarə istehsalı kimi sahələrdə əməkdaşlıq edir və Ukrayna Türkiyəni ehtiyac duyduğu turboprop və turbojet mühərrikləri ilə təmin edir. Ancaq bu mühərriklər son zamanlar tam yerli imkanlarla Türkiyənin daxilində istehsal olunmağa başlayıb. Rusiyanın cavab atəşi Bəşar Əsəd rejiminin İdlibə hücumu oldu. Lakin rejimin beləcə hücumlarla xal topladığı əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə Putin-Əsəd hesablamaları səhv cıxdı. Türkiyə bundan əvvəl beləcə hücumlara cavab verməyə ehtiyatlı yanasırdı. Cünki həm Rusiya ilə qarşılaşmaq istəmirdi, həm də Rusiya hava savunma sistemlərinin F16 qırıcı təyyarələri hədəf alacağından qorxurdu. Türkiyə indi riskə getməli və kəskin cavab verməli idi. Çünki onun otuz beş əsgəri öldürülmüşdü. Çözüm yolu ordu dronlarında idi. Raketlərlə vurululması böyük bir itki sayılmayan dronlar Suriyanın 2000 hərbi mövqeyini darmadağın edib, Rusiyanın Panzer raket sistemlərini sıradan çıxardı. Türkiyənin dəmir reaksiyası Əsəd rejiminin dərhal geri oturmasına gətirib çıxardı. Belə bir uğurun Liviyada təkrar olunması artıq Rusiya üçün dözülməz olmuşdu.
Türkiyənin Liviya müharibəsi səhnəsinə cidd müdaxiləsi ilə Xəlifə Haftar ölkənin yarısını itirdi; bu, Rusiya, Misir və BƏƏ üçün alçaldıcı məğlubiyyət idi. Putin adəti üzrə bu yenilginin haradasa qisasını alacaqdı. Hələlik Liviya və Suriyada qisas almaq üçün əlverişli fürsət yox idi. Rusiyanın xarici işlər və müdafiə nazirlərinin Ankaraya eyni vaxtda səfərinin ləğvindən bir məsələ aydınlaşmışdı: Türkiyənin kəskin möqeyi üzündən Putin Ərdoğanla danışıqlar apararaq Liviyada güzəştlər qazana bilməyəcək. Çox güman ki, Putin cavabını Moskvanın əmrinə tabe olan Ermənistanda tapdı. Tovuza hücum, ola bilsin, Liviyadakı məğlubiyyətin bədəlidir. Bununla da həm Ermənistan enerji nəqliyyatına nəzarəti ələ keçirə bilərdi, həm də Türkiyə eyni zamanda bir neçə cəbhədə müharibəyə sürüklənməklə nəfəsdən düşərdi.