Nərimanov Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
E.Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb.
İttiham aktına əsasən, E.Qəhrəmanlı avqustun 12-də saxlanılıb. Onun üzərinə baxış zamanı təmiz çəkisi 3,315 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin aşkarlanıb.