“Neftin qiyməti aşağı olduğundan dövlət xərclərə nəzarət etməyə üstünlük verir”

İqtisadçı, sabiq deputat Nazim Bəydəmirli tikinti sektorundakı durğunluğu insanların real gəlirlərinin azalmasında görür.загружено

N.Bəydəmirli Meydan TV-yə bildirib ki, qeyri-neft sektoru olan tikinti sektorundakı canlanma əsas etibarilə xarici ölkələrdə yaşayan azərbaycanlıların mənzil almsı ilə bağlı idi: “Eyni zamanda, dövlət büdcəsi hesabına dövlət investisiyalarından qoyulan yatırım hesabına tikinti sektoru inkişaf edirdi. Ötən ildən isə dövlətin əsaslı vəsait qoyduğu investisiyalar azalıb, həmçinin Rusiya və Ukraynada baş verən devalvasiyalar nəticəsində azərbaycanlı əmək miqrantlarının gəlirləri də kifayət qədər azalıb. Nəticədə, bir çox tikinti şirkətlərinin layihələri yarımçıq qalıb”.

N.Bəydəmirli qeyd etdi ki, neftin qiyməti aşağı olduğundan dövlət xərclərə nəzarət etməyə üstünlük verir: “Prezidentinin bir neçə dəfə bəzi qurumların səmərəsiz xərclərdən uzaq durması barədə verdiyi tapşırıqları nəzərə aldıqda mənzərə aydın olur”.