“Neftin bahalaşacağına ümid edənləri anlamıram”.

Neftin ucuzlaşmasına əsla sevinmirəm, çünki gördüyümüz kimi yüksək qiymətlərindən bizə xeyri olmayan bu xammalın ucuzlaşmasından hamımız zərbə alırıq”.images78yijokpölı

Bu sözləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, neft erası bitib və indi bəşəriyyət az qala günbəgün yeni enerji mənbələrinin tapılmasına, yeni texnoloji yeniliklərə imza atır və sürətlə gələcəyə doğru irəliləyir:

“Eyni zamanda, neftin bahalaşacağına ümid edənləri də anlamıram. Qalır bircə başını koldan çıxarıb ətrafa boylanmaq ki, bunu görəsən. Eyni zamanda, ailə-tayfa münasibətləri üzərində qurulmuş hakimiyyətlərin perspektivini də görməyənlərə adamın yazığı gəlir. Belələri anlamaq istəmirlər ki, elmi-texniki və texnoloji inkişaf həm də yeni ictimai şüur formalaşdırır və bu, qaçılmaz reallıqdır. Məsələn, cəmi 20 ildən sonra dünya elə bir inkişaf mərhələsinə çatacaq ki, bugünkü texniki və texnoloji səviyyə gülüş doğuracaq. Necə ki, biz bu gün 20 il əvvəlkiləri xatırlayıb gülürük. Belə sürətli inkişaf fonunda eyni sürətlə feodal üsul-idarəyə yuvarlananların vəziyyəti isə heç də gülməli olmayacaq. Bu da başqa bir qaçılmaz reallıqdır”.