Nazirlikdən sökülən məscidlə bağlı açıqlama: “Siyahıdan çıxarılıb”

Mədəniyyət və Turizm Nazirliyi “Sovetski” adlanan ərazidəki “Hacı Cavad” məscidinin sökülməsinə münasibət bildirib. 1491993630_1491993594_1491985327_qaynarimage991869
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, “Hacı Cavad” Məscidi tarixi və qorunan abidələr siyahısından çıxarılıb:
“Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlərə mütəxəssislər baxış keçirib. Ötən il artıq mütəxəssislərin rəyi nəticəsində hər iki məscidin dayanaqlılığının zəifliyini nəzərə alaraq onlar müvafiq qərar əsasında qorunan abidələr siyahısından çıxarılıb”.
Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi sökülüb, “Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.