Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub.
Bu barədə REN TV xəbər verib.
İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Telekanalın xəbərinə görə, oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb. Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib.
APA