Nazir kuratorluq etdiyi rayonların başçılarının ucbatından “2” qiyməti alıb.

Gədəbəy rayon rəhbəri Ramiz Yediyarov, Şəmkir şefi Alimpaşa Məmmədov və Binəqədi rayon hakimi Xaləddin İsgəndərov himayədarını məsuliyyət qarşısında qoyub.
images-6
Hər üç icra başçısı vergilər naziri Fazil Məmmədovu referendum sınağından üzüağ çıxara bilməyib.

Bu rayonlarda referendumla bağlı təbliğat işi zəif təşkil olunub. Üstəgəl, adıçəkilən bölgələrdən daxil olan şikayətlərin statistikası hazırlanıb.

Vergilər nazirindən hər üç regiona görə hesabat tələb olunub. Vitse-prezidentlik iddiasında olan F.Məmmədov üçün bu yolun bağlandığını söyləmək olar.

Referendum icra hakimiyyəti strukturlarına bir imtahan idi. Vergilər naziri isə kuratorluq etdiyi rayonların başçılarının ucbatından “2” qiyməti alıb.