Naxçıvana uçan təyyarənin məcburi eniş etməsinin ŞOK SİRRLƏRİ

“İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda və suda fəsad (qəza) əmələ gələr ki, Allah bununla onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar”. “Quran”, 30:41images
Xəbər verildiyi kimi, bu gün gün ərzində dünyanın müxtəlif yerlərində ən azı beş ədəd təyyarə qəzası və yaxud ildırım vurması olmuşdur. Belə ki, Moskvanın Şermetovo hava limanında dayanan sərnişin təyyarələrini (ikisi “Aerbus” olmuşddur) ildırım vurmuşdur.
Daha bir qəza Malayziya hava yollarına məxsus sərnişin təyyarəsində baş vermiş, nəticədə sərnişinlərdən yaralananlar olmuşdur.
Eyni gündə daha bir qəza hadisəsi Bakı-Naxçıvan reysi ilə uçan “A-319” təyyarəsində yaşanmışdır. Belə ki, Bakıdan havaya qalxan təyyarə 15 dəqiqədən sonra güclü ildırım səbəbindən Bakı aeroportuna məcburi eniş etmişdir. Yaranan həyəcan nəticəsində sərnişinlərdən halı pisləşənlər olmuşdur…
Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim məqalə və kitablarımda göstərdiyim kimi, bu qəzalar təsadüfü olmayıb, biri-biri ilə riyazi şəkildə əlaqəlidir. Yəni, burada böyük bir qanunauyğunluq vardır. Bu qanunauyğunluq bir qayda olaraq, özünü “Quran”ın səhifələrinin sayı olan 286 ədədi ilə biruzə verir.
Yeri gəlmişkən, qeyd edim ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir:
1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür ki, bu da müqəddəs kitabın səhifələrinin sayıdır;
2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır;
3) İnsanlar ən çox Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər – 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür ki, bu da Quranın səhifələrinin sayı olmaqla, həm də Allah-təalanın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və hadisələrin üzərinə (daha doğrusu alt qatına) vurulmuşdur;
4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də ayələrinin sayı 286-dir.  Bu da  təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.
“Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir (müqəddəs kitaba and içəndə də üç dəfə təkrar edilir).
 Bunu riyazi dilə çevirsək: 286; 286; 286. Bunları topladıqda isə, 858 ədədi alınır:
286 + 286  + 286 = 858
Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) 286 ədədinin üç misli olan 858 gündən bir təkrarlanır (bax: aşağıdakı şəkildəki cədvəllərə).
CƏDVƏLLƏRİN ŞƏKİLLƏRİ 
Bu hikmətləri biləndən sonra indi qayıdaq yuxarıda bəhs etdiyim təyyarə qəzalarına və onların 286 ədədi ilə əlaqəsinə.
Öncə qeyd edim ki, bu qəzalar 8 oktyabr 2014-cü il tarixli Ay tutulmasının (Quranda Ay tutulması qiyamət xəbərdarlığı kimi qeyd olunur.) 605-ci günü baş vermişdir ki, bundan da qəza enişi edən təyyarənin markasını (319) çıxsaq alınan ədəd 286 olmaqla, diqqətimizi  Allahın bütün hadisələr üzərinə vurduğu kodlaşdırılmış möhürünə yönəldir:
605 – 319 = 286
Hadisədə diqqət çəkən digər məqam onun başqa qəzalarla əlaqələnməsidir. Belə ki, bu gün Moskva-Gəncə reysi ilə uçan sərnişin təyyarəsinin Minvodda qəza enişi etməsinin (22 iyul 2015) 319-cu (!) günüdür ki, bu da Bakıda məcburi eniş edən təyyarənin üzərinə həkk olunub: “A-319”
Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, zülm etməkdə və günah törətməkdə həddin aşmış  Yer əhlinin diqqətini Qurana yönəltmək, biri-birinə zülüm etməkdən çəkindirmək məqsədi daşıyır.
Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir.  Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə, zülm etməkdən çəkinməklə və insanlara yaxşılıqlar etməklə sığortalanmaq mümkündür.
 “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” “Quran”