“Nardaranda ehsana getdiyimə görə Gömrük Komitəsindən çıxarıldım” yeni tükürpədici faktlar

Üç güllədən ikisi hələ də bədənindədi…

Təqsirləndirilən Şamil Abduləliyev də ifadə verib. Əl ağacları olmadan hərəkət edəbilməyən Abduləliyev bildirib ki, hadisə zamanı biri qarnından, ikisi də ayağından olmaqla, üç güllə yarası alıb. Güllələrin ikisi hələ də bədənindədir: “Sabunçu xəstəxanasında həkimlərdən eşitdim ki, polislər bədənimdən güllələri çıxarmağa imkan verməyiblər”.

Nardaranda ehsana getdiyimə görə Gömrük Komitəsindən çıxarıldım”

Həbsindən əvvəl Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğunu deyən Ş.Abduləliyev ifadəsinə özü də daxil olmaqla, təqsirləndirilən şəxslərin yaxınlarına müraciətlə başlayıb: “Xoş sizin halınıza ki, bizim kimi əzizləriniz, övladlarınız var. Bizə qarşı ittihamlar başdan-ayağa böhtandır. Bu hadisələri hakimiyyətdəki mənfur qrupların dindarların sıxışdırılması, haqqı deyənlərin ləkələnib zindanlara atılması üçün atdıqları addım kimi qiymətləndirirəm.

Hadisədən əvvəl Dövlət Gömrük Komitəsində işləyirdim. Komitənin ayırdığı avtomobillə iş vaxtı bu qurumun işlərini görürdüm, işdən sonra da özüm istifadəedirdim. Məhərrəm ayı ilə əlaqədar Nardaranda Hacı Talehin iştirakı ilə əzadarlıq məclisi keçirildiyini eşidib ora getmişdim. Kənd camaatı ehsan süfrəsinə dəvət elədi. Mən də iştirak elədim, qayıtdım. Ertəsi gün işə gedəndə Kadrlar Idarəsindən çağırıb işdən azad edilməyim barədə sənədi imzalamağımı istədilər. Səbəbi soruşanda cavab məni təəccübləndirdi, həm də narahat elədi. Mənə səbəb kimi, Nardaranda olmağımı göstərdilər. Imzanı atdım, maşınlarını da özlərinə verib çıxıb gəldim. Bu, birinci növbədə özümə və insanlara qarşı haqsızlıqdır. Insanı hansısa məclisdə iştirakına, o məclisdə kiminsə nədəsə günahlandırılmasına qulaq asdığına görə işdən çıxarmaq nəyəsığar? Bu həm insan haqlarının kobud şəkildə tapdanması, həm də Əmək Məcəlləsinin pozulmasıdır. Soruşdum ki, Nardaranda iştirakım barədə məlumatı sizə kim verib? Dedilər ki, hüquq-mühafizə orqanları. Məni indi ittihamda mütəşəkkil dəstənin üzvü kimi yazıblar. Əgər belə idisə, o zaman niyə işdən çıxandan sonra Nardaran hadisəsinəqədər olan 10-15 gün ərzində bir dəfə də olsun, məni polis şöbəsinə çağırmadılar, özlərinə xas şəkildə oğurlayıb həbs eləmədilər? Bizə qarşı irəli sürülən mütəşəkkil dəstə ittihamı absurddu. Çünki buradakıların əksəriyyəti bir-birini tanımır”.

Mənə üç güllə vurdular, yıxılandan sonra da yerdə dəyənəklə döydülər”

Ş.Abduləliyev bildirib ki, ibtidai istintaqdakı ifadələr ondan təzyiq yolu ilə alınıb vəonları təsdiqləmir. Hadisə barədə danışan Abduləliyev qeyd edib ki, həmin gün dəehsan məclisinə getmişdi: “Günorta namazı qılırdıq ki, çöldən atəş səsləri gəldi. Heç kim nə baş verdiyini anlamadı. Kimi qapıdan, kimi pəncərədən qaçdı ki, nə baş verdiyini anlasın və ya canını qurtarsın. Çünki evi atəşə tutmuşdular. Zombi, manqurtlaşmış, proqramlaşdırılmış canilər heç nəyə baxmadan atəş açırdı. Mən indi eləbir durumdayam ki, əslində zərəəkmiş olmalıyam. Hamımız bu durumdayıq, çünki günahımız yoxdur, üstəlik, bizə qarşı cinayət törədilib. Oradakı insanların heç birindəsilah olmayıb. Ittihamda göstərilən fikirlərin heç birinin də bizə aidiyyəti yoxdur. Amma təəssüf ki, burada təqsirləndirilən qismində dayanmışıq. Əgər sivil şəkildəhərəkət etməyə gəlmişdilərsə, mebel maşınında niyə gəlirdilər?

Qapıdan çıxmaq istəyəndə üzbəüz gələn zombilərdən biri üç güllə vurdu və heç nəolmamış kimi üzünü çevirib getdi. Yerə yıxıldım, ondan sonra da o vəziyyətdə yerdədəyənəklə döyürdülər. Hacı Taleh və digər özlərinə lazım olan adamları götürüb getdilər, yaradılar qaldı. Məni kənd camaatı maşınla xəstəxanaya çatdırdı, əməliyyat olundum, iki-üç gün sonra DIN, prokurorluq və “bandotdel”dən hərəsindən bir nəfər olmaqla, üə adam gəlib məni o ağır vəziyyətdə reanimasiyadan çıxarıb bir otağa apardılar. Məni aparanda heç düz-əməlli narkozdan ayılmamışdım. Bu da vəhşiliyin göstəricisidi. Otaqda istədiklərini yazıb, imzalatdırdılar.

Güllələrin ikisi hələ də bədənimdədi. Hətta həbs sanksiyası üçün məhkəməyəçıxarılanda da hakim dedi ki, bu adama tibbi yardım göstərilməlidir. Bədənimdəki güllələrdən əziyyət çəkirəm.

Bu vəziyyətdə məni iki ay da ”kars”da saxladılar”

Vəkilim burada məhkəmədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldıranda prokuror dedi ki, Penitensiar Xidmətin Müalicəəssisəsi var, orada tibbi yardım göstərilə bilər. Mən ay yarım Sabunçu xəstəxanasında qalmışam, oradan sanksiya üçün məhkəməyə çıxarıb, sonra Penitensiar Xidmətin Müalicəəssisəsinə aparıblar. Məni məhkəməyə xərəkdə aparmışdılar. Sonra vəkillə, müstəntiqlə görüşə də xərəkdə aparırdılar. Təsəvvür edin, bu vəziyyətdə məni orada iki ay “kars”da saxladılar. Bunlar o qədər zalımdılar ki, adam deməyə söz tapa bilmir”.

Onları lənətləyirəm”

Ş.Abduləliyev deyir ki, ona fiziki işgəncə verilməyib, “bandotdel”ə aparılmayıb. Amma Sabunçu xəstəxanasında olduğu müddətdə gecələr Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları gəlib onu hədələyiblər: “Cinayətkarlar yatdığım vaxt gəlib məni ölümlə hədələyirdilər. Mənə işgəncəverilməsə də, yoldaşlarıma qarşı etdikləri cinayətlərə görə onları lənətləyirəm vəcəzalandırılmalarını tələb edirəm”.

Özünün də Həcc, Məşhəd ziyarətlərində olduğunu deyən Ş.Abduləliyev qeyd edib ki, T.Bağırovun iştirak etdiyi məclislərdə dövlət çevrilişi, dövlətin konstitusion quruluşunun dəyişdirilməsi haqda heç nə eşitməyib: “Bunlar hamısı şər-böhtandı. Evəhücumdan tutmuş, insanların zindana atılmasına qədər hər şey məqsədyönlü şəkildəedilib. Insanların konstitusion haqqını tələb etməsi nə vaxtdan cinayət sayılır? Taleh Bağırzadəni də insanların tapdanmış hüquqlarını müdafiə etməsi, hicab qadağası iləbağlı fikirlərinə görə dəstəkləyirəm”.