Rusiyada 22 il həbs cəzasına məhkim edilən ukraynalı hərbçi Nadejda Savçenkonun ölkəsinə ekstradasiya edilməsi ilə bağlı prosesə başlanılıb.
Bu barədə N. Savçenkonun vəkili Mark Feyqin məlumat verib.
Vəkil N. Savçenkodan cəzasını Ukraynada çəkməsi ilə bağlı razılıq ərizəsini aldığını bildirib.
Onun sözlərinə görə, N. Savçenkonun ekstradasiya prosesi bir aydan iki ayadək çəkə bilər.
Vəkil onu da əlavə edib ki, hələlik Nadejda Savçenko ilə görüşməyib və onların görüşü aprelin 29-da reallaşacaq: “O zaman biz onun ekstradasiya prosesi ilə bağlı detalları müzakirə edəcəyik”.