N.Həzi”Ədliyyə Nazirliyindən Seymurla bağlı verilmiş açıqlama tamamilə yalandır”.

seymurhezi-yeni-300x200“Penitensiar Xidmət Seymur Həzinin səhhəti ilə ümumiyyətlə maraqlanmayıb. Ədliyyə Nazirliyindən Seymurla bağlı verilmiş açıqlama tamamilə yalandır. Müəssisənin daxilində qan analizi götürmək ücün heç bir texniki avadanlıq yoxdur. Bu bir daha onu göstərir ki, müəssisə məhbuslar arasında ayrı-seçkilik edir. Bu rejimin siyasi məhbuslara fərqli yanaşmasıdır.Artıq həftə yekunlashmaq üzərədir. Seymur hesab edir ki, səhhətinin yaxşılaşması üçün heç bir addımın atılmaması, Ədliyyə Nazirliyinin məsələyə biganə yanaşması hakimiyyətin onun səhhətinin pisləşməsində maraqlı olduğunu göstərir”, Seymur Həzinin həyat yoldaşı Nigar Həzi bildirib.

Qeyd edirik ki,ötən həftənin sonunda S.Həzinin sağlıq problemlərinin yarandığı açıqlanmışdı.

Bunun ardınca Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov noyabrın 15-də S.Həzidən qan analizi götürüldüyünü və revmatizmin kəskinləşməsinin müəyyən edildiyini açıqlamışdı.

Nazirlik yetkilisi həbsdəki jurnalistin “xüsusi müalicə” olunacağını da bildirmişdi.