Nəqliyyat Nazirliyi və “Karvan” restoranı sökülür.

Nəqliyyat Nazirliyi və “Karvan” restoranı sökülür

Yaxın aylarda ləğv edilmiş Nəqliyyat Nazirliyinin Tbilisi prospektində yerləşən hazırkı binası söküləcək

Nəqliyyat Nazirliyi üçün yeni tikilən inzibati bina Heydər Əliyev prospektində yerləşir. Burada eyni zamanda Dövlət Neft Şirkəti (SOCAR Tower), Dövlət Neft Fondu, Azərbaycan Hava Yolları QSC (AZAL) üçün yeni inzibati binaları var.

Amma nazirliyin ləğvi Ziya Məmmədovun və kollektivin H.Əliyev prospektinə köçməsini də qüvvədən saldı. Tbilisi prospektində yerləşən “Karvan” şadlıq sarayının isə qeyri-rəsmi şəkildə sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir.

O da maraqlıdır ki, Nəqliyyat Nazirliyi və “Karvan” şadlıq sarayı bir-birinə yaxın yerləşir. Hər ikisinin binasının təxminən eyni vaxtda inşa olunması da “Karvan”ın Z. Məmmədova məxsusluğu ehtimalını qüvvətləndirir.