“Nə qədər ki susacaqsınız, o qədər də əziləcəksiniz”-Blogger gəncləri tənqid etdi

 

 

Gənc blogger Elmir Şirəliyev facebook səhifəsində maraqlı və kəskin status paylaşıb: “Nə qədər ki, bugünkü gənclik ölkədə baş verən ədalətsizliyə, haqsızlığa, hüquqsüzluğa, işsizliyə, əxlaqsızlığa, yaltaqlığa, unnamed (2)ikiüzlülüyə, şəxsiyyətsizliyə, vicdansızlığa, zorakılığa susaraq bu iqtidarın qurduğu oyunun oyunçusu olacaq, o qədər də əziləcək, məhv ediləcək, çürüyəcək. Hər kəs hüquqlarını pozan bu iqtidara “dur” deməyi bacarmalıdir. Mən insanları, xüsusilə də gəncləri səsləyirəm küçələrə çıxıb haqqlarını tələb etsinlər, məmurlara, hüquqlarını pozan polislərə hər yerdə müqavimət göstərsinlər. Qanunları kim pozursa pozsun bizim düşmənimiz olmalıdır. Ayağa dur, ey millət. Dur və səni on illərdir əzən bu iqtidara öz yerini göstər!”

Onun bu statusuna cavab olaraq isə Demokratik Maarifçilik Partiyasının səghyyyjjjudri Elşən Musayev öz “facebook” sosial şəbəkəsində sərt reaksiya verib. Musayev, ümumi olaraq belə gəncləri “ləyaqətsiz və qədir bilməz” adlandırıb və iqtidar gəncliyini bu tipli yanaşmalara münasibətdə fəaliyyətsizlikdə suçlayıb: “ABŞ səfirliyi müxalifətlə separat danışıqlara başlayıb. Müxalifətçi gənclər iqtidarı sosial şəbəkələrdə asıb-kəsir,söyüb-batırır. Min iftira atır! Amma iqtidar gəncliyinin başı hələ yay, yaz, qış, payız, bahar məktəbləri keçirməyə qarışıb!!!”.

Bəzi müşahidəçilərin fikrincə Elşən Musayevin bu fikirləri çağırışdır və bu fikirlərdən sonra sosial şəbəkələrdə aktiv olan gənclərə qarşı yeni basqı dalğasının başlanacağı gözlənilir.