Müxalif düşüncəli məktəb direktoru vəzifədən getdi.

15 may 2015-ci il tarixində Şəki Uşaq Gənclər İdman Məktəbinin direktoru  İlqar Vulqar oglu Sadiqov vəzifəsindən istefa verib. Bu haqda saytımıza məlumat verən İ. Sadıqov bildirib: “Bu gün hakimiyyətin bütün strukturlarında azad fikrə qarşı kəskin reaksiya var. Məmurlar qanunlara images-3əsasən onların üzərinə düşən öhdəlikləri deyil, özündən yuxarıda oturan şəxslərin “arzularını” yerinə yetirir. Sərbəst düşüncə və tənqidi yanaşma “cinayət” hesab olunur. Mən hesab etdim ki, bu cur qaydalarla mən vəzifəmdə qala bilmərəm. Düşünürəm ki, vəzifə şəxsiyyətdən önəmli ola bilməz. Buna görə qərara gəldim ki, işdən gedim. Bu şəraitdə nə mən onlarla işləmək istəyirəm, nə də onlar mənimlə. Ən yaxşısı vəzifədən getməkdir. Bu hakimiyyət rejimə qarşı olan hər kəsi hansısa formada cəzalandırır. Hüquq mühafizə və məhkəmə orqanları qanunlarla deyil, yuxardakıların “göstərişi” ilə işləyir”