Almaniyada siyasi muhacir olan Nida Vətəndaş Hərəkatının üzvü Rahid Bəşirovun Bakıda yaşayan ailəsinə Zəngilan Rayon Polis İdarəsinin rəisi Ənvər Həsənov tərəfindən hədə-qorxu gəlinib.
Beləki. məlumata əsasən onlara Facebook sosial şəbksində Rahid Bəşirlinin yaratdığı “Zəngilanın səsi” qrupunda hakimiyyət əleyhinə yazılan status ve paylaşımlara görə təzyiqlər ediıir. Ənvər Həsənov zəng edərək Rahidin ailəsinə onun Facebookda aktiv fəaliyyətini dayandırmayacağı təqdirdə ailəsinə olacaq təzyiqlərə hazır olmaları barədə xəbərdarlıq edib.
Bununla da kifayətlənməyərək Rahidin qardaşı və dayısını polis İdarəsinə çağırıb.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.