Aylardır ölkədə müəllimlərin maaşlarını vaxtlı-vaxtında ala bilməməsi ilə bağlı söhbətlər gəzir. Dünən Bakının mərkəzindən Prezident Aparatının qarşısına yürüş edən müəllimlərin etiraz aksiyası deyilənlərin quru söhbət olmadığını ortaya qoydu. Aksiya iştirakçıları bəyan etdilər ki, 7 min müəllim düz 9 aydır maaş ala bilmirlər. Bu aksiya dünəndən bəri gündəmin əsas mövzularından biri olaraq müzakirəyə olunmaqdadır. Müəllimlərin əməkhaqqı hansı səbəbdən gecikir? Ölkənin milyardları çirkli məqsədlər üçün israf olunduğu halda, müəllimlərin qəpik-quruş maaşı niyə aylarla gecikdirilir? İnsanlar bu sualları sosial şəbəkələrdə müzakirə edərkən, Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin “Twitter” səhifəsində belə bir xəbər paylaşılıb. Demə Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb. Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir. Qeyd edək ki, Azərbaycan YUNESKO-nun donorlarından biridir. 2013-cü ildə Azərbaycanla bu qurum arasında imzalanmış çərçivə sazişinə əsasən ölkə Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirir. Artıq sözə ehtiyac varmı? Xeyriyyəçilik, yardımçılıq gözəl işdir. Amma bu xeyriyyəçilik ölkə vətəndaşının boğazından kəsilməklə edilən halda, anlamını tamamilə itirir. Bir də hələ bu günlərdə YUNESKO-nun rəhbərliyi ilə Azərbaycan hökumətinin qaranlıq maliyyə sövdələşmələri ortaya çıxınca…
Related Posts
Bayraq meydanı işi: 6 milyonluq sövdələşmə
- admin
- 08/06/2016
- 0
“Rəşad Məmmədovla 6 milyona razılaşdıq, gedib ondan birdəfəyə həmin vəsaiti götürdüm. Notarial qaydada Zabil Salmanova […]
Ermənilərin yaraladığı mülki vətəndaşın kimliyi bilindi.
- admin
- 28/04/2016
- 0
Ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində ağır kəllə beyin travması (kantuziya zədəsi) […]
ABŞ ATƏT-in Azərbaycanda keçirilmiş seçkilərlə bağlı rəyini bölüşür
- admin
- 17/04/2018
- 0
“ABŞ Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Seçkiləri Müşahidə Missiyasının rəyini bölüşür”. “Turan” Agentliyinin […]