İsveçin şimal-şərqində olan Skelleftea şəhərində bir müəllimin 7-ci sinif şagirdlərindən ev tapşırığı olaraq “intihar məktubu” yazmalarını istəməsi, böyük etiraza yol açdı. Tapşırığı aldıqdan sonra özlərini çox pis hiss edən şagirdlər, müəllimlərini ailələrinə şikayət edib. Bir çox ailənin, “Skandal ” olaraq xarakterizə etdiyi ev tapşırığı səbəbiylə müəllim haqqında şikayətçi olduğu bildirildi.
Məktəb müdiri Jan Söderström, tapşırıq ailələr tərəfindən səhv başa düşüldüyünü, müəllimin psixologiya dərsində çox məşhur bir psixiatriya kitabı üzərindən dərs verdiyini və bu kitaba görə də şagirdlərə tapşırıq payladığını izah edib. Bütün ailələri məktəbə dəvət etdiklərini ifadə edən Söderström, şagirdlərə verilən ev tapşırığı pis məqsədli olmadığını ailələrə əhatəli şəkildə izah ediləcəyini qeyd edib.
İsveç Statistika Təşkilatının (SCB) 2014-ci ilin hesabatına görə, 9.5 milyonluq İsveçdə ildə ortalama 1500-ün üzərində adam intihar edir. İsveç, intihar nisbətlərinə görə dünya ölkələri arasında 30. sırada iştirak edir. Çox güman ki, müəllimin məqsədi uşaqların hansı səbəbdən intihar edə biləcəyini və nədən təsirlənə biləcəyini psixoloji olaraq aydınlaşdırıb, tədbir məqsədli ailələrinə çatdırmaq olub.
Elnur ORUCLU