Həbsdən intihar edən MTN polkovniki İlqar Əliyevlə bağlı olduğu deyilən Z.Rzayevə böyük pullar qazandırıb. Bu plan İ.Əliyev tərəfindən çizilib.
MTN polkovniki özündə olan məxfi informasiyaları ekstrasensə sızdırırmış. Onun qəbuluna gələn məşhurlar isə özləri barədə həmin informasiyaları Zirəddindən eşidəndə “sehrli gücü”nə inanmağa başlayıblar.
Zirəddin bu yolla uzun illər insanlar tilsimləyib və MTN-dəki şəbəkənin əsirinə çevrilib. Əslində, adi falçı olan Rzayev çox qısa zamanda məşhurlaşmasına görə İ.Əliyevə borcludur. Onun piarı və səhih informasiyalarla təmin edilməsi məhz MTN polkovniki tərəfindən təşkil olunub.