MTN işi üzrə proses axır ki Bakı meri H.Abutalıbova da çatdı

MTN işi üzrə proses axır ki Bakı meri Hacıbala Abutalıbova da çatdı

Məlum olub ki, “Real” MTK layihənin təsdiqlənməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə 3,7 milyon dollar verilib. Bu, kooperativin rəhbəri olmuş İlham Qasımovun cinayət işində öz əksini tapıb.
images-8
İlham Qasımovun adı MTN generallarının cinayət işində zərərçəkmiş kimi keçir. Bu statusla Akif Çovdarovun məhkəməsinə də çağrılıb. Amma özü də dələduzluq, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanaraq, həbs olunub.O, inşa etdirdiyi binalarda eyni mənzilin bir neçə nəfərə satılması ilə yanaşı, həm də tikinti biznesində şərik olduğu, Rusiyada yaşayan azərbaycanlı milyonçu Gülağa Tənhanın 19 milyon 500 min dollarını mənimsəməkdə ittiham olunur.

BŞİH-yə milyonlarla rüşvət verilməsi ittihamı İlham Qasımovun bacısı oğlu Sahib Cahangirlinin istintaqdakı ifadəsində yer alıb. Sahib Cahangirli “Real” MTK-nın direktoru olub. Məlum olub ki, o puldan 4 milyona yaxını BŞİH-yə verilib.