“Motodrom”da evlərin sökülməsinə etiraz edirlər.VİDEO

Keçmiş “Motodrom” ərazisində yaşayan sakinlər etiraz aksiyası keçiriblər.
Etiraz edən sakinlər evlərinin müqabilində onlara veriləcək məbləğin artırılmasını, evlərinin sahəsinin düzgün hesablanmasını tələb edirlər.%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-12

Ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 66 evin sökülməsi gözlənilir.

Sakinlər deyir, söküntünü «Bakı Metropoliteni» QSC-i həyata keçirir.

Metropolitenin rəhbərliyindən dəfələrlə onlara yaşadıqları evləri boşaltmaq tapşırılıb, amma qiymətdə razılıq olmadığından sakinlər evlərindən çıxmaq istəmir.