Misirli iş adamından miqrantlar üçün yeni ölkə təklifi

Xebername.info İsveçrənin Le Matın qəzetinə istinadən xəbər verir ki, Misirli milyarder iş adamı Naguib Sawiris İtaliya və ya Yunanıstana aid bir adanın ona satılması və bu adaya da miqrantları yerləşdirməyi təklif edib.

ada

İş adamının təklifi dövlətdə böyük əks-səda doğurub. Sawiris həmçinin bu adada iş meydançaları inşa edəcəyini və məşğulluq yaradacağını, amma, ona bu məsələdə yardımçı olmasını da istəyib.
Misirdə xüsusi bir Televiziya kanalına müsahibə verən Sawiris adada lazımi infrastrukturun yaradılması və bunun üçün də 10 ilə 100 milyon dollara ehtiyac duyduğunu və əlbəttə bu pulun ada qiymətindən ayrı olaraq düşünülməsi gərəkdiyini bildirərək, bədəli isə hər kəsin özünün ödəyəcəyini deyib. Sawiris  evlər, məktəblər, xəstəxanalar inşa etmək üçün buradakı insan gücü istifadə ediləcəyini dilə gətirib.

Ancaq bunu etmək üçün Yunanıstan və ya İtaliyanın bu məsələdə razı salınmalarını da istəyib. Bu layihənin həyata keçirilməsi halında bu zavallı köçkünlərin iztirablarına son verilərkən, dünya da bu kabusdan xilas olmuş olacaq” deyə iş adamı sözlərini bitirib.

Mətləb BALAKİŞİYEV