Misirin Müdafiə Nazirliyi qəzaya uğrayan EgyptAir şirkətinə məxsus təyyarə qalıqlarının fotoşəkillərini yayıb.
Parisdən Qahirəyə yollanan MS804 reysli təyyarə mayın 19-da radarlardan yoxa çıxıb.
Ərəb dilində yazılarla müşayiət olunan obyektlər arasında füzelyajın fraqmenti, xilasedici gödəkcə, oturacaq hissələri və şirkətin loqotipini daşıyan müxtəlif qalıqlar var.
Cümə axşamı qəzaya uğrayan Airbus A320 laynerinin qalıqları Aralıq dənizində aparılan beynəxalq axtarış əməliyyatı nəticəsində aşkar olunub.
Bundan əvvəl hadisəni araşdıran təhqiqatçılar təyyarənin dənizə düşməsindən əvvəl göyərtədə tüstü detektorlarının işə düşdüyünü təsdiqləyiblər.
Airbus A320-nin göyərtəsində 56 sərnişin, 7 ekipaj üzvü və 3 təhlükəsizlik əməkdaşı olub. Onların əksəriyyəti Misir və Fransa vətəndaşlarıdır. Sərnişinlər arasında bir britaniyalının olduğu da bildirilir.
Airbus A320 dənizə düşənədək iki kəskin viraj edib.
Yunanıstanın Aralıq dənizindəki Karphatos adası yaxınlığında aparılan axtarış əməliyyatında Yunanıstan, Misir, Fransa və Britaniya hərbçiləri iştirak edirlər.