Mingəçevirdə polis zor tətbiq etdi

107003_src“Xebername.info” “azadliq.org”a istinadən xəbər verir ki, Mingəçevirdə Bəhruz Hacıyevin dəfnindən sonra etirazçılarla polis arasında qarşıdurma yaranıb. Baş vermiş qarşıdurmada polis güc tətbiq edib. 

Polis əvvəlcə etirazçılardan yolu boşaltmağı tələb edib. Aksiyaçılar yolu boşaltmayıb. Bundan sonra polis dəyənəklərlə qalxanlara vura-vura aksiyaçılara yaxınlaşıb. Etirazçıları dağıtmağa, döyməyə, tutmağa başlayıb.

Polis mağazaların qarşında dayanmış adamlardan içəri keçməyi tələb edib.

Çevik Polis Alayının polisləri isə səs bombası, gözyaşardıcı qazdan istifadə edib.

107002_src

Mərhumun yaxınları bildirib ki, Bəhruz Hacıyevin ölümünə görə yerli polis idarəsinin rəisi Ələsgər Bədəlov məsuliyyət daşıyır, o cəzalanmalıdır.

Aksiyaçılar etirazların davam edəcəyini bildirir.

​Polis idarəsinin qarşısına yürüş edənlər «Qardaşımızın qanı yerdə qalmayacaq»,  «Qanını yerdə qoymayacağıq» şüarları səsləndiriblər.

 

xebername.info