Mingəçevirdə mitinq iştirakçılarına divan tutulur

“Polis rəisi töhmətin heyfini insanlara işgəncə verməklə çıxır”

Avqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan Bəhruz Hacıyevin ölümündən sonra polislə gənclər arasında yaranan gərginlik bütün ölkədə müzakirə olunur. Hamı mərhumun polis əməkdaşlarının öldürməsini iddia etsə də, Daxili İşlər Nazirliyi qətiyyətlə bu iddianı rədd edir. 2015-ci ilin 22 avqustunda baş vermiş iğtişaşda isə 21 nəfərdən artıq şəxs saxlanılmış, eyni zamanda mitinqdə iştirak etmiş gənclər polis şöbəsinə gətirilir. Yerli sakinlərin bildirdiyinə görə saxRovsh_azerb_1lanılan şəxslər və sonradan şöbəyə dəvət olunanlar ağır işgəncələrə məruz qalırlar.  Saxlanılanların dindirməsinə görə saxlanılanlara işgəncə verilməsi şəxsən polis rəisi Ələsgər Bədəlovun rəhbərliyilə həyata keçirilir. Əsas səbəb də polis rəisinin baş vermiş hadisəyə görə şiddətli töhmət almasıdır. Polis şöbəsində işgəncə alan şəxslərdən biri adının çəkilmək istəmədiyini deyərək bildirdi ki, polis rəisi şəxsən hamını söyür və təhqir edir. Guya mitinq zamanı ona söyüş söyüblər. Eyni zamanda hamını təhqir edir ki, guya camaata görə onun şəxsi işinə ləkə düşüb.

Mingəçevir hadisələrinin daha bir iştirakçısı və etiraz mitinqində fəallığı ilə seçilən Rövşən Cabbarov da təhqirə və insan ləyaqətini alçaldan hərəkətlərə məruz qaldığını deyir: “Məni hadisənin səhərisi günü, 23 avqust 2015-ci il tarixdə gündüz saatlarında gəlib evdən apardılar. Atam özü gedib aydınlaşdırmaq istədiyini desə də, imkan vermədilər. 3-4 saat dindirdikdən sonra evə buraxdılar. Polis şöbəsində fiziki və mənəvi təzyiqlərə məruz qaldım”. Rövşən Cabbarov fiziki təzyiqin nədən ibarət olmasını deməsə də, dindirmə zamanı özünün, ailəsinin və bütün camaatın ünvanına təhqiramiz ifadələr işlədildiyini dedi: “Mənə dedilər ki, sən hökumətin əleyhinə getdiyinə görə Mingəçevirdə yox, bütün Azərbaycanda yaşamağının üstündmingecevirən xətt çəkmisən. Ailənin və vətəninin adına ləkə gətirmisən”.

R.Cabbarov ictimai yerə yaraşmadığına görə polis əməkdaşlarının işlətdiyi ifadələri deyə bilmədiyini dedilər. “Əminliklə deyə bilərəm ki, başqa yerdə istənilən şəxsə qarşı həmin ifadələr işlədilsə bunun ağır nəticəsi ola bilər. Onlar özlərini polis işçisi kimi yox, əsl küçə adamları kimi aparırdılar”.

Rövşən Cabbarov gərgin stress keçirdiyini bildirir: “Demək olar ki, valideynlərim, xüsusilə atam hər gün məni izləyir. O, hansısa hərəkət edəcəyimdən və yaxud özümə xəsarət edəcəyimdən qorxur. Tez-tez polis şöbəsinə gedir və çalışır ki, məni bir daha polisə aparmasınlar. Gərginlik keçirməyindən hiss edirəm ki, istədiyi cavabı ala bilmir. Bilirəm ki, Mingəçevirdə mənim üçün çətin olacaq”.

Mingəçevir Şəhər Polis şöbəsilə əlaqə saxladıq. Növbətçi bildirdi ki, şəhərdə sakitçilikdir.Heç bir şəxs saxlanılmayıb. Deyilənlər yalan ittihamlardır.