Bu gün Azәrbaycan Xalq Cumhuriyyәtinin 99 illiyi münasibәti ilә Milli Şura hәr il olduğu kimi Mәhәmmәd Әmin Rәsulzadәnin Novxanıdakı abidәsini ziyarәt etdi. Tәdbir Azәrbaycan dövlәt himni ilә açıq elan edildi. Aparıcı AXCP Gәnclәr Komitәsinin sәdri İlham Hüseyn ilk olaraq sözü Milli Şuranın Koordinasiya Mәrkәzinin üzvü, istiqlalçı deputat İbrahim İbrahimliyә verdi. İlham İbrahimli çıxışı zamanı Cumhurityyәtimizin tarixdә vә günümüzdәki önәmindәn danışdı. Azәrbaycanın ikinci dәfә müstәqilliyini qazanmasında әmәyi olan insanları xatırlayıb. Ardınca Milli Şuranın Koordinasiya Mәrkәzinin üzvü Gültәkin Hacıbәyliyә söz verildi. Gültәkin Hacıbәyli öz çıxışında Rәsulzadәnin gәncliyә müraciәtini xatırlatdı. 19 yaşlı Rәsulzadәnin valideynlәrә müraciәtini xatırlatdı. Hәbs edilmiş AXCP sәdrinin müavini, Milli Şuranın Koordinasiya Mәrkәzinin üzvü Gözәl Bayramlıya azadlıq tәlәb etdi. Tәdbir iştirakçıları Gözәl Bayramlıya azadlıq tәlәb edәrkәn işıqları söndürüblәr. Yalnız iştirakçıların davamlı İstefa şüarlarından sonra işıqlar yandırılıb. Tәdbirdә yekun çıxışı AXCP sәdri Әli Kәrimli edib. AXCP sәdri çıxışı zamanı Cumhuriyyәtin bugünki müstәqilliyimizdәki payının önәminә toxunub. AXCP sәdri bildirib ki, әgәr 99 il öncә qurucu babalarımız istiqlaliyyәtimizi qazanmasaydılar, bu gün dә müstәqil Azәrbaycan olmayacaqdı. Örnәk olaraq Çeçenistan, Başqırdıstan, Dağıstan, Tatarıstan kimi ölkәlәri nümunә göstәrәn Әli Kәrimli xalqımızın mütlәq öz hәqiqi hakimiyyәtini quracağına inandığını da qeyd edib. İşıqlar AXCP sәdrinin çıxışı zamanı yenidәn kәsildi. Bu dәfә iştirakçıların daha uzun müddәtli istefa şüarlarından sonra bәrpa olundu. Tәdbir Koroğlu uverturası ilә yekunlaşdı. Hәmişә olduğu kimi Milli Şura rәhbәrliyi tәdbirdәn birbaşa Mәhәmmәd Әmin Rәsulzadәnin ailәsinin dәfn edildiyi mәzarlığı ziyarәt edib.
Related Posts
“Dolların qiyməti qalxmaqda davam edəcək”
- admin
- 21/10/2016
- 0
Ekspert: “İdxal, xarici borc ödənişləri, dollarlaşma, neftin qiymətinin artmaması ölkəmizdə xarici valyutalara tələbi yenə də […]
Metro zərərlə işləyir, gediş haqqı artır?
- admin
- 17/01/2017
- 0
Metroda gediş haqlarının artırılmasına hazırlıq prosesi gedir Məlumata görə, Bakı Metropoliten QSC Tarif Şurasına müraciət […]
Ermənistan atom elektrik stansiyasında qəza baş versə nəticələri…
- admin
- 28/04/2016
- 0
“Metsamor” atom elektrik stansiyasında (AES) baş verəcək mümkün qəza Yerevanın dağılması və Ermənistan kənd təsərrüfatının […]