Messiyə vergidən yayınmaya görə 21 ay həbs cəzası verildi

Barcelona klubunun və Argentinanın ulduz oyunçusuna İspaniyada vergidən yayınmağa görə 21 ay həbs cəzası verildi

Məhkəmə Messi və atası Jorgeni 3 fərqli maddə ilə günahkar hesab etdi.

Məhkəmənin qərarında bildirilir ki, qərardan İspaniya Ali Məhkəməsinə şikayət verilə bilər.

İspaniyada 2 ildən aşağı cəzalar şərti cəza ilə əvəzlənib, sərbəst şəkildə çəkilə bilinir. Ona görə də Messi və atasının həbsxanada cəza çəkməsi gözlənilmir.

2007-2009 arasında İspaniya hakimiyyətini aldadaraq 4,1 milyon avro (7 milyon AZN) ödəmədiyinə görə onun atası Jorge Messi həmçinin həbs cəzası alıb.

Onlar Belize və Uruqvayda “vergi cənnətlərindən” istifadə edərək gəlirlərini gizlətdikləri üçün milyonlarla avro məbləğində cərimə oluna bilərlər.

Məhkəmə ayrıca Messiyə 2 milyon, atasına isə 1.5 milyon evro pul cəzası kəsib.

Messinin adı həmçinin Panama Sənədlərində vergi qaçırtmaqdan hallanmışdı.

Mənbə: BBC