Mehman Hüseynov məhkəmədə çıxış üçün vaxt istədi 

mehman-hebs-1

Noyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində tanınmış bloqçu, siyasi məhbus Mehman Hüseynovun şikayəti üzrə növbəti proses keçirilib.Ali Məhkəmə M.Hüseynovun kassasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin onun barəsindəki qərarını ləğv edib və cinayət işini yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Hazırkı məhkəmə prosesi də bununla bağlıdır.Bugünkü prosesdə məhkəmə Mehman Hüseynova çıxış etməyə təklif edib. Lakin M.Hüseynov və vəkilləri məsləhətləşərək çıxış üçün vaxt istəyiblər.Vəkillər vəsatətlərinin olduğunu bildirib və onlara baxılmasını istəyiblər. Prosesə sədrlik edən hakim Əflatun Qasımov buna imkan verməyib. Bildirib ki, vəsatətlər çıxışdan sonra verilər.

Növbəti iclas noybarın 16-ı saat 15:30-a təyin edilib.