Mehman Hüseynov 200 manat məbləğində cərimələnərək sərbəst buraxılıb.

 Bloqqer Mehman Hüseynov çıxarıldığı Nəsimi rayon Məhkəməsindən 200 manat məbləğində cərimələnərək sərbəst buraxılıb. 1484034731_mehmanhuseynovd
Məhkəmədən sonra mətbuata açıqma verən M.Hüseynov yanvarın 9-u axşam saatlarında mülki geyimli 8 nəfər şəxs üstünə cumaraq başına torba keçirilib zorla maşına mindirilərək bölməyə aparıldığını bildirib.
Bloqqer maşında zorakılığa məruz qaldığını və başına keçirilən torbaya görə güclə nəfəs aldığını deyib.
“Məni 3 saat başımda torbaynan başıaşağı saxladılar. Bu vaxt ərzində məni təhqir edirdilər, çəkdiyim videoları açıb guya ələ salırdılar. 3 saatdan sonra məni apardılar Nəsimi rayon Polis İdarəsinə, rəis müavinin otağına aparıb başımdakı torbanı çıxardanda mən huşumu itirib yerə yıxıldım. Bundan sonra mənim huşsuz vəziyyətdə olmağımdan istifadə eləyib harasa imza atdırıblar, məhkəmədə göstərdilər, vəkillər də şahiddilər. Onlar mənim huşsuz vəziyyətimdən istifadə ediblər. Məhkəmədə hakim də gülürdü ki, bu nə imzalardı”– deyə Mehman Hüseynov bildirib.

***
11:31

 

2 gündür ki, yoxa çıxan bloqqer Mehman Hüseynovun yeri bəlli olub.
 Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, Mehman Hüseynovu  22-ci polis bölməsinin əməkdaşları saxlayıb: “Nəsimi polisindən dedilər ki, indi Nəsimi Rayon Məhkəməsinə aparıblar”.
Məlumat üçün bildirək ki, bloqqer Mehman Hüseynov 2 gün idi ki, yoxa çıxmışdı. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini bildirmişdilər.

***

Vəkil Elçin Sadıqov Mehman Hüseynovun saxlanılma səbəbini açıqlayıb.

  O, sosial şəbəkədə bloqqerin polisə müqavimət maddəsiylə saxlanıldığını bildirib: “Mehman Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polisin qanuni əmrinə tabe olmamağa görə tutulub. İşə Nəsimi Rayon məhkəməsinin hakimi Babək Pənahov baxacaq