Mehman Əliyev həbs edildi.

Mehman Əliyev Yasamal Polis İdarəsinə aparılıb.

***

“Turan” agentliyindən  bildiriblər ki, Mehman Əliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən Yasamal Rayon Polis İdarəsinə aparılıb və şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 213.1 və 308-ci maddələri ilə ittiham irəli sürülüb.

***

“Turan” agentliyinin direktoru Mehman Əliyevin həbs edildiyi haqda xəbər yayılıb. Xəbəri hakimiyyətə bağlılığı ilə tanınan haqqın.az/virtualaz.org saytı yayıb.

Azadlıq.info məlumatı dəqiqləşdirmək üçün agentliklə əlaqə saxlayıb. Agentliyin əməkdaşı Mehman Əliyevin özü ilə telefon bağlantısından sonra bildirib ki, yayılan xəbər doğru deyil, o, hazırda vəkililə birlikdə Vergilər İdarəsindədir, cinayət işi ilə bağlı ifadə verir. Agentlikdə prosesin sonunu gözləyirlər.