Mediada intihar xəbərlərinə qadağa qoyulmalıdır? – Ekspert fikri

 Media intiharlarla bağlı xəbər yayarkən həssas olmalıdır: Bu sözləri  eksperti Zeynal Məmmədli deyib.”İntiharın sosial, siyasi və psixoloji tərəfləri var. Psixoloji səbəbdən olanları anlayıram. Amma cəmiyyətin özündən və onun biganəliyindən olan intiharların qarşısını almaq olar.Biz jurnalist olaraq elə yazmalıyıq ki, cəmiyyətdə bununla bağlı ictimai rəy fomalaşsın. Çünki bu ciddi məsələdir.загружено (12)

Ümumiyyətlə, intiharların kökünə baxmaq lazımdır. Bu mövzu çox çətindir. Bunu yalnız mütəxəssislər həll edə bilər. Amma yenə də media hər şeyə həssas yanaşmalıdır”.

Zeynal Məmmədli bildirib ki, mediada intihar xəbərlərinin necə verilməsi önəmlidir: “Problem intihar xəbərlərini verib-verməməklə bağlı deyil. Əsas məsələ xəbərlərin necə verilməsidir. Xəbəri necə verməklə bağlı Avropa Şurasının media üçün tövsiyələri var. Sadəcə biz bunlara əməl etməliyik.

“Kimsə özünü hansısa mərtəbədən atıb intihar etdi” kimi xəbərlər sarı medianın, ancaq xəbəri satmağa meylli medianın vərdişidir. Amma biz bütün Azərbaycan mətbuatını ən yaxşı halda sarı mediaya çevirmişik. Qalan hissəsi isə vulqar mediaya məxsusdur. Bu şəkildə olmaz.

Sözsüz ki, bu xəbərləri oxuyanlar və bu yolla həyatına son qoymağa cəhd edənlər olur”.

Media eksperti hesab edir ki, KİV bu tip xəbərləri verəndə cəmiyyətdə hansı reaksiyaların ola biləcəyini hesablamalıdır: “Məsələn, oğurluqdan yazan zaman onun detallaşdırırıq ki, növbəti oğru nəsli yetişsin. İntihar xəbərləri yazmaqla intihara meylli olan insanlara sanki dəstək veririk. Bunlardan uzaq olmaq lazımdır. Bu mövzuları xəbər xətrinə yüngül yazmaq olmaz. Bir dünyaya baxmaq lazımdır. İntihar hadisələri dünyada ciddi məsələdir”.