Maşınım yoxa çıxıb, artıq 5 aya keçib. Elə bil itən maşın deyil, iynə imiş.

Maşınım yoxa çıxıb, artıq 5 aya keçib. Elə bil itən maşın deyil, iynə imiş. Əmlakımdan kim, harada, necə istifadə edir, bilmirəm. Sənədlərim də içində gedib. Polis 5 ay əvvəl maraqlanıb, o vaxtdan nə polisdən, nə maşından xəbər-ətər yoxdur”.EB3C157F-1E24-4958-8383-92368D1C94D7_cx0_cy15_cw0_w987_r1_s_r1

Afiq İsmayılov adlı dinləyici danışır ki, bu il fevralın 5-də axşam saatlarında Şix qəsəbəsində kirayədə qaldığı evin qarşısıından ona məxsus “Mercedes-190” markalı, 10XL154 dövlət nömrə nişanlı avtomobil oğurlanıb.

“5-ci aydır ki, yoxa çıxmış əmlakımla bağlı doğru-dürüst məlumat əldə edə bilmirəm. Maşını qapıda saxlayıb evə girmişəm. Gecəyarısı pəncərədən boylananda görmüşəm ki, maşın saxladığım yerdə yoxdur”.

GECƏYARI QAPIDAN OĞURLAYIBLAR

Maşın sahibi dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub. Tezliklə ərazi polisindən gələrək baş verənlərlə maraqlanıblar. Fakt üzrə cinayət işi başlanıb.

Fevralın 6-da isə Səbail rayonunun 8-ci polis bölməsinə dəvət olunub. Ərazidəki kameraların yaddaşına birlikdə baxış keçirilib. Sonra oğurluğun baş verdiyi ərazidəki həyətlərə baxış olub. Afiq İsmayılov deyir, o gün – bu gün, polis bölməsindən bir daha məsələ ilə maraqlanmayıblar:

“Həmin ərazidə üç müşahidə kamerası yerləşdirilib, oradan keçən maşınların hər cür çəkilişi mümkündür”.

“BƏLKƏ DƏ CİNAYƏTDƏ İSTİFADƏ OLUNUR”

Maşın oğurlanarkən, sürücüyə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, maşının texniki pasportu və başqa sənədlər də olub. Deyir, bazarda fəhləlik edib bir maşın alıb ki, ayağını yerdən götürsün. Ancaq onu bundan da çox narahat edən başqa məsələdir:

“Bəlkə elə maşınımdan, sənədlərimdən hansısa qrup öz cinayətlərində istifadə edir. Bu maşın iynə deyil ki, yerə girə… Polis istəsə, bu cinayətin üstünü bir gündə açar. Ancaq nədənsə, bunda maraqlı deyil”.

Səbail rayon polis idarəsinin 8-ci polis bölməsindən bildiriblər ki, bu il fevralın 5-dən 6-na keçən gecə Afiq İsmayılovun çağırışına Şıx qəsəbəsində kirayə qaldığı ünvana gediblər.

Vətəndaş ona məxsus avtomobilin oğurlandığını bildirib. Hadisə yerinin müayinəsi və sonrakı istintaq hərəkətləri keçirilib. Avtomobilin tapılıb sahibinə qaytarılması və hadisəni törədənlərin ələ keçməsi üçün polis tədbirlərini davam etdirir. Bölmədən onu da bildiriblər ki, işdə yenilik olduqda maşın sahibinə məlumat veriləcək.