
Bakının Nərimanov rayonu ərazisində yolda qalan avtomobili itələyən polislərin videosunu çəkərək sosial şəbəkələrdə yayan gənc həbs olunub. Bu video oktyabrın 27-də Heydər Əliyev prospektində çəkilib. Videonu çəkən gənc polislərin texniki nasazlıq yaranmış «Mercedes» markalı itələməsini gülüşlə qarşılayıb və onların bu hərəkətini ələ salmağa çalışıb. Bu video yayılandan iki gün sonra saxlanılan gənc xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılıb və 15 gün həbs cəzası alıb.