İqtidarın MTN bandasına bağlı icra hakimləri ilə bərabər bəzi deputatları da araşdırması xəbəri yayılıb. Parlamentdə mahmudovçu deputatların kimliyi haqda müfəssəl bilgilər toplanır və onların növbəti seçkilərdən məhrum edilməsi qərara alınır
17 oktyabr əməliyyatına qədər MTN generallarının Türkiyədə olduğu kimi 15 iyul gecəsi təşkil etmək planı olubmuş. Amma xüsusi xidmət orqanlarının ayıq-sayıqlığı nəticəsində plan deşifrə olunub.
Mahmudovun projesində “Kölgə kabineti” olub və sıraya bir çox məmur-deputat kontingenti daxil imiş. İddia olunur ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır.
Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq.
Mətbuatın yazdığına görə, MTN rəhbərliyi yalnız ölkə daxilindəki deyil, bəzi qonşu dövlətlərdəki agentlərin də pulunu mənimsəyib.
Sırf pul səbəbi ilə həmin agentlərlə əlaqəyə son qoyan MTN rəhbərliyi, bununla da dövləti onun üçün böyük önəm kəsb edən qiymətli informasiya mənbələrindənməhrum edib.
Halbuki, həmin mənbələrin hamısı uzun illərin zəhməti nəticəsində qazanılan qiymətli mənbələr, etibarlı kanallar olub.
Bu kanllar ölkəmizə yönəlik terror aktları və narkotik qaçaqmalçılığına qarşı profilaktiki tədbirlər görmək, önləyici addımlar atmaq baxımından mühüm önəm kəsb edən mənbələr olub.