M.Çavuşoğlu”Biz hesab edirik ki, Gürcüstan NATO üzvü olmağa layiq ölkədir”

 


Türkiyə Gürcüstanın NATO-ya qəbul olunmasını təklif edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda jurnalistlərə verdiyi açıqlamasında Gürcüstanın NATO-ya üzv olmaq üçün yoxlama proqramından keçməsinə ciddi ehtiyacın olmadığını bildirib. O, qeyd edib ki, Gürcüstanın NATO-ya üzv olması texniki cəhətdən mümkündür.
“Biz hesab edirik ki, Gürcüstan NATO üzvü olmağa layiq ölkədir”, deyə Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib.