“Mətbuat Şurası ona üzv olmayan media orqanna hansı əsasla xəbərdarlıq edir?”

Məlum olduğu kimi, Mətbuat Şurası 24saat.org saytna xəbərdarlıq ünvanlayıb. Xəbərdarlığa səbəb saytımızda Nərimanov Rayon İcra Hakimiyyti haqqında yer alan yazı və bu yazı ilə bağlı icra hakimiyytinin Mətbuat Şurasına şikayət etməsidir.mehman-eliyev

Xatırladaq ki, 24saat.org saytı Mətbuat Şurasının üzvü deyil və bu barəsə saytın ana səhifəsində məxsusi qeyd də mövcuddur. Qeyddə deyilir: “24saat.org saytı Mətbuat Şurasının üzvü deyil və olmayacaq. Saytla qarşı tərəf arasında mübahisə yaranarsa, bu mübahisənin birbaşa sayt və ya məhkəmə strukturları ilə həlli məsləhət görülür!”

Maraqlıdır, Mətbuat Şurasının elektron medianın fəaliyytinə müdaxilə etmək ixtiyarı varmı? Sözügedən qurum ona üzv olmayan media orqanna hansı əsasla xəbərdarlıq edir?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri. media eksperti Mehman Əliyev Mətbuat Şurasının bu addımının qeyri-qanuni və əsassız olduğunu vurğuladı:

“Mətbuat Şurasının ona üzv olmayan bir media orqanına xəbərdarlıq ünvanlaması təbii ki, anormallıqdır. Çünki bu media orqanı onun üzvü deyil, onun mərəmnaməsini qəbul etməyib. Demək olar ki, kodeksi də qəbul etməyib. Mətbuat Şurası ictimai qınaq strukturu kimi bu məsələdə rol ala bilməz.

“İcra başçısının hansı vilallarının harda olmasına baxmaq lazımdır”

İkincisi, mediada korrupsiya, məmur özbaşınalığı, oğurluq, insanların təhqir edilməsi, onların hüququnun pozulması ilə bağlı xeyli sayda yazılar dərc olunur.  Mətbuatda dövlət və ictimaiyyət üçün çox vacib olan məsələlər qaldırılır. Mətbuat Şurası yaxşı olar ki, əlaqədar orqanlara sorğular göndərsin. Mediada gedən ittihamlara, tənqidlərə niyə cavab vermədiklərini onlardan soruşsun. Sorusun ki, bunlar həqiqətdirmi? Mətbuat Şurası o medialara dəstək verməlidir ki, onlar ölkədə nöqsanları qaldırır, onların həllinə çağırışlar edir. Mətbuat Şurası bununla məşğul olmalıdır. Buna mediaya dəstək demək olar. Mətbuat Şurası isə daha çox o orqanlarla işləyir ki, hansılar ki, şübhəli fəaliyyətlə məşğuldur. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının hansı vilallarının harda olmasına baxmaq lazımdır. Götürəndə, bütün icra başçılarına bu müstəvidən baxmaq lazımdır.

“Sayt ona nəyin əsasında irad bildirildiyini tələb edə bilər”

Üçüncü, əgər Mətbuat Şurasına icra hakimiyyəti tərəfindən belə bir şikayət gəlibsə, bu şikayət araşdırılmalıdır. Baxılmalıdır ki, yazıda yer alan fikirlər düzdür, yoxsa düz deyil. Bu fikilərin əsası var, yoxsa yoxdur. Mətbuat Şurası vasitəçi rolunu oynamaq istyirsə, bunu araşdırmalıdır.

Madam ki, saytın aşağısında bu media orqanının Mətbuat Şurasının üzvü olmadığı, olmayacağı qeyd olunur, o zaman sayt cavab olaraq Mətbuat Şurasına yazsın ki, biz sizin üzvünüz deyilik və sizin bizə qarşı atdığınız addımları qeyri-qanuni hesab edirik. Əgər belə davam eləsə, sizi məhkəməyə verəcəyik. Sayt Mətbuat Şurasını məhkəməyə versin və tələb etsin ki, nəyin əsasında ona irad bildirdiyini ortaya qoysun.

“Mətbuat Şurası nələrisə yalnız “qardaşyana” deyə bilər…”

Mətbuat Şurası məhkəməöncəsi rol oynayan bir funksiya daşıyır. Onun vəzifəsi media oqanı ilə digər tərəflər arasında yaranan münaqişəni aradan götürməkdir. Media orqanlarına xəbərdarlıq etmək yox, münaqişəni aradan götürmək.

Mətbuat Şurası elan etməlidir ki, onlara müraciət olunub və onlar da bu müraciəti araşdırıb, bu müraciətdə nələri tapıb, bu məlumatlar həqiqətə uyğundur, yoxsa yox. Mətbuat Şurası əgər aşkar etsə ki, orada nə isə düzgün yazılmayıb, o zaman xahiş edə bilər ki, bunu düzəldin, burda filan şey düzgün yazılmayıb. Sən həqiqəti təhrif etmisən və s. Yəni “qardaşyana” bunu deyə bilər. Lakin Mətbuat Şurası prokuror rolunda çıxış etməməlidir. Mətbuat Şurası özünün prokuror kimi aparır ki, bu da düzgün deyil”.