Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azaldı

AMB məlumat yaydı.

dollar27

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda yenidən azalmağa başlayıb.

Xebername.info, AMByə istinadən xəbər verir ki, 2015-ci ilin avqust ayının sonunda bankın valyuta ehtiyatlarının həcmi 7 milyard 315,4 milyon dollar təşkil edib.

Bu da 2015-ci ilin iyulun sonu ilə müqayisədə 1 milyard 186,1 milyon dollar azdır.

Onu da əlavə edək ki, AMB-nin valyuta ehtiyatları iyul ayının sonunda 8 milyard 501,5 milyon dollar təşkil etmişdi.

Elgün ORUCLU