ABŞ-ın Respublikaçı Partiyanın prezidentliyə namizədi Ben Carson, “Bir Müsəlmanın bu ölkəyə liderlik etməsinin tərəfdarı olmaram. İslam dini ABŞ Konstitusiyası ilə uyğun deyil” dedi.
ABŞ-da, 2016da keçiriləcək prezident seçkilərinin namizəd namizədləri arasında “Müsəlman sədr” davası alovlandı. Respublikaçı Partiyanın namizəd namizədlərindən, əməkli cərrah Ben Carson, “ABŞ Prezidentinin inancları və bu inancların nələr olduğu əhəmiyyətlidir. Bir Müsəlmanın bu ölkəyə liderlik etməsinin tərəfdarı olmaram. İslam dini ABŞ Konstitusiyası ilə uyğun deyil” dedi.
Demokrat Partiyalı namizəd namizədi Bernie Sanders, Carson-a reaksiya göstərərkən, “Carson-un köhnəlmiş fikirləri məndə ümidsizlik yaratdı. Keçmişdə Katoliklərin və ya siyahi ABŞ Prezidenti olmasına qarşı çıxanlar var idi. Prezident namizədlərini qiymətləndirərkən inanclarına deyil fikirlərinə baxılır” dedi.
Demokratların namizədi, keçmiş Xarici İşlər Naziri Hillari Klinton da Twitterda, “Müsəlman ABŞ Prezidenti olur? Bəli, olar” yazdı. Respublikaçı Partiyadan namizədi Senator Lindsey Qrehem isə Carson-un ABŞ Müsəlmanlarından üzr istəməsini istədi.
Mətləb BALAKİŞİYEV