Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə böhtana görə, 1 il azadlıqdan mərhum edilmiş Realliq.info saytının baş redaktoru İkram Rəhimov təcridxanadan göndərdiyi məktubunda belə yazır.
“Mənə Sumqayıt polisində 3 gün işgəncə verdilər. Polis rəisinin müavini öz otağında əməliyyatçılarla mənə işgəncə verirdi. Tələb edirdilər ki, video kamera ilə canlı olaraq icra başçısı Zakir Fərəcovdan üzr istəyim”. Saytının baş redaktoru məktubunda əlavə edir ki, Z.Fərəcovdan üzr istəmədiyinə görə, başına ağır qoxulu sellofan torba keçirib, nəfəsi kəsilənə qədər saxlayıblar. Ondan bir neçə dəfə üzr istəməsi tələb edilib.