Məkkədəki kran qəzasında Bin Ladin izləri

55Məkkədə meydana gələn və 110 adamın ölümünə səbəb olan kran faciəsində inşaat işini icra edən Bin Ladin qrupu günahkar göstərildi. Şirkətin ali rəhbərlərinə ölkə xaricinə çıxış qadağası qoyularkən, Bin Ladin qrupu ictimai hərraclara girə bilməyəcək.

Məscidi-i Hərəmdə keçən həftə meydana gələn kran faciəsində genişlənmə işlərini icra edən Bin Ladin qrupu qismən günahkar göstərildi.

İstintaq komissiyası şirkətin iş təhlükəsizliyi qaydalarına əməl etmədiyi nəticəsinə gəldi. Səudiyyə Ərəbistanı İstintaq Komissiyası qəzanın olmasında krandakı tarazlıq problemi hava şərtlərinin də təsirli olduğunu diqqətə çatdırdı. İstintaq bitənə qədər Bin Ladin qrupunun ali idarəçilərinin xaricə çıxışları qadağan edildi. Bu müddət içində şirkət yeni ictimai hərraclara da qatıla bilməyəcək.

Bunun xaricində Maliyyə Nazirliyindən, Bin Ladin qrupunun apardığı bütün layihələrin araşdırılması istəndi. 4 ildir Hərəm-i Şərifi genişlənmə işlərini icra edən Bin Ladin qrupu bölgənin ən böyük inşaat şirkətlərindən biri olaraq önə çıxır.

Əl-Qaidə lideri Usamə bin Ladenin atasının 80 il əvvəl qurduğu şirkəti Bin Ladenin qardaşı Bakr idarə edir. Səudiyyə Ərəbistanı Kralının yayımladığı əmrə uyğun olaraq kran qəzasında həyatını itirənlərin ailələrinə və zədə nəticəsində şikəst qalanlara 267 min dollar ödənəcək. Digər yaralılara 133.5 min dollar ödəmə edilərkən, həyatını itirənlərdən hər birinin 2 yaxını və qəzada yaralandığı üçün həcc vəzifəsini tamamlaya bilməyənlər gələn il Kralın qonağı olacaq. Məscidi-i Hərəmdəki qəzada 110 adam həyatını itirmiş, 200-dən çox adam yaralanmışdı.

 

 

Mətləb BALAKİŞİYEV