“Məhkəmə qərarına əhəmiyyət vermirlər,xəbərdarlıq etmədən evimizi sökürlər”

 

“Məhkəməni udmuşuq. Əlimizdə məhkəmə qərarı var.  Razılığımız olmadan evimizi sökə bilməzlər. Ancaq məhkəmə qərarına əhəmiyyət vermirlər. Bu gün bura xeyli adam gəlib. Hasarımızı, qazımızı, işığımızı dağıdıblar. Qalmışıq pis vəziyyətdə”.  Bu sözləri Bakının “Sovetski” adlanan ərazisində, Tolstoy küçəsi 26-da yaşayan sakinlərdən Adil Talıbzadə məlumat verib. Şikayətçi deyir ki, bir neçə il öncə onlara təklif olunan kompensasiya ilə razılaşmayıblar və məhkəməyə müraciət ediblər:загружено (28)

Adil Talıbzadə deyir ki, onunla birgə 2 qonşusu da verilən kompensasiya ilə razılaşmayıb:

“Evimizi sökən şəxslər özlərini təqdim etmirlər. Heç bri xəbərdarlıq edilmədən söküntüyə başlayıblar. Aləmi qarışdırıblar bir-birinə. Söküb-dağıdırlar hər yeri. Evimizin ətrafını elə vəziyyətə salıblar ki, içəri keçə bilmirik”, – deyir.

“Sovetski”də söküntülər Bakının Baş Planına uyğun olaraq 2013-cü ilin sonlarından başlanıb. 2013-cü il dekabrın 12-də Hacıbala Abutalıbov bununla bağlı sərəncam verib.

Burada 10 min 500-dək təsərrüfat qeydə alınıb. Onlardan 82 faizi – 8 min 600-də ölçü və qiymətləndirmə işləri yekunlaşıb. 2 min 320 mülk sahibi ilə alqı-satqı aparılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər ərazi tam boşaldılıb. Orada paytaxt üçün əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısının “BBC Azərbaycanca”ya “Sovetski” ərazisindəki söküntü işlərinin sentyabrda yekunlaşacağını deməsindən 5 ay ötür. Ekspertlər bunu neftin ucuzlaşması səbəbindən ölkədəki tikinti işlərinin dayandırılması ilə əlaqələndirir.