Bəzi xəbərə görə hökumət pensiya yaşını qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63.5-dən 65-ə yüksəltməyi nəzərdə tutur.
Sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilmişdi. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərn pensiya yaşı 62-dən 63.5-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi. Bu addım öz nəticəsini verdi də: 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artmışdı. 2010-2016-cı illərdə isə əksinə hər il 10 min nəfər azalma qeydə alınıb.
Bundan başqa hökumət eyni zamanda hüquq-mühafizə orqanlarında çalışanların da pensiya yaşını və bu sistem üzrə xidmət müddətini artırmağı düşünür. Bu addım xərclərin azaldılması məqsədi daşıya bilərmi?
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bu addım sosial xərclərə qənaət məqsədilə edilir. M.Talıblının sözlərinə görə, büdcə xərclərinin azaldılması üçün elə addımlar atıla bilər ki, bunu biz nə zamansa söyləyəndə inamazdıq: “Ölkədə bilirsiz ki, insan İnkişafı İndeksini şərtləndirən 3 amil var: Adambaşina düşən ÜDM, təhsil səviyyəsi və gözlənilən orta ömür müddəti. Bizdə orta ömür müddəti 67 yaş səviyyəsində qiymətləndirilir. Orta ömür müddəti ilə pensiya yaşı arasında belə sıx əlaqəni hökumət necə müəyyənləşdirir, açığı bunun əsaslandırmasını görə bilmədim. O yaş həddində insanların sayı nisbətən azdır, bu isə sosial xərclərdə qənaət imkanı yaradır. Dünya təcrübəsində bunu başqa məqsədlə də edirlər. Məsələn, əhalinin elmə və ya iqtisadiyyat tövhə vermək imkanları olur. Orta ayliq əməkhaqqı pensiyanın məbləğindən yüksəkdir. Biz də o məqsədlə edilmir. Büdcənin yamağını tikmək üçün edilir. Bunun ardınca da inzibati hüquqpozma ilə bağlı cərimələrin məbləğini artırmaq və büdcənin vətəndaşların gəlirləri hesabına təmin etmək gələcək”.
Xəyal