Lütfən, bir daha “lazım gələrsə… ” tipli bəyanatlar verməyin, ciddi qəbul olunmayacaq.

AXCP sədri Əli Kərimli Azərbaycan ordusunun Qarabağ cəbhəsində son günlərdə apardığı döyüş əməliyyatlarını dayandıraraq, ikitərəfli atəşkəsə razılaşmasına münasibət bildirib. Bu barədə feysbuk səhifəsində yazan AXCP lideri bunu ələ düşmüş fürsətin itirilməsi kimi qiymətləndirib. Əli Kərimli yazır.images (8)

– Buna deyirlər odu söndürüb külü ilə oynamaq. Torpaqlarımızı işğaldan azad etmək üçün tarixi fürsəti itiririk. İndi də deyilsə, bəs nə zaman? Ordumuzun döyüş əzmi yüksək ikən, xalqımız iqtidarı və müxalifətilə, dini məzhəb və etnik mənsubiyyət ayrılığına baxmadan ordumuzun arxasında bir yumruq kimi birləşmişkən, dünyadan, dostlardan, qonşulardan, xüsusilə qardaş Türkiyədən ən yüksək səviyyədə dəstək varkən, düşmən çətin durumda və panikada ikən biz işğal altındakı torpaqlarımızı azad etməkdən imtina ediriksə, lütfən, bir daha “lazım gələrsə… ” tipli bəyanatlar verməyin, ciddi qəbul olunmayacaq.