Lionel Messinin aparıcıya butslarını hədiyyə etməsi ölkədə qalmaqala səbəb olub.

Argentinalı hücumçunun veriliş zamanı aparıcıya butslarını hədiyyə etməsi ölkədə birmənalı qarşılanmayıb.

Argentina yığmasının və “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Misirdəqalmaqalla üzləşib. ANS PRESS-in məlumatına görə, Messi Misir telekanalı “MBC Masr”ın xeyriyyə tədbirinə qatılıb. Argentinalı hücumçunun veriliş zamanı aparıcıya butslarını hədiyyə etməsi ölkədə birmənalı qarşılanmayıb.  images (95)

Belə ki, aparıcı satışa çıxarılması üçün futbolçunun butsunu ondan alıb. Həmin butsun satışından əldə ediləcək gəlir isə yoxsul insanlara veriləcək.

Messinin bu hərəkəti Misir siyasətçilərini hiddətləndirib. Məsələ burasındadır ki, Misirdə ayaqqabı hədiyyə etmək böyük təhqir sayılır. Misir siyəsətçiləri futbolçunun bu addımına cavab olaraq, öz ayaqqabılarını Messinin vətəni Argentinaya göndərdikləri tələb edib.

“Biz insanlığın ilk günündən bəri 7 min illik tarixə malik millətik. Messi, səni o ayaqqabılarla döyərəm. Mən də ayaqqabılarımı Argentinaya hədiyyə edirəm. Ayaqqabıları işinə görə Messinin özünə lazım olur. İnsanlarımızın onun yardımına ehtiyacı yoxdu. Aparıb öz ölkəsinə versin. Orda da çox kasıb var”, – deyə ölkənin siyəsətçiləri Messini tənqid ediblər.