Leyla Yunus siyasi məhbus siyahisini Avropa Parlamentinə təqdim etdi

leyla_yunus_webTanınmış hüquq müdafiəçisi Leyla Yunus siyasi məhbusların müdafiəsi ilə bağlı Avropada görüşlərə başlayıb. Onun növbəti görüşü Avropa Parlamentində olub. 28 noyabrda Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən müzakirələrdə Leyla xanım son həbslər, hazırda məhkəməsi gedən “Nardaran işi” və siyasi məhbuslarla bağlı çıxış edib. O çıxışında son siyasi məhbus siyahısını təqdim edərək Azərbaycanda 160 nəfərdən artıq siyasi məhbusun olduğunun bildirərək Avropalı parlamentariləri onların azadlığa buraxılması istiqamətində mübarizəyə səsləyib.
Avropa Parlamentində politoloq Arif Yunus Azərbaycanda İslam faktoru mövzusunda çıxış edib.