Fransanın “Le Monde” qəzetində Azərbaycanda Avropa Oyunları ərəfəsi mövcud olan siyasi məhbus probleminə ciddi diqqət yetirilib. “Le Monde” yazır:
“İyun ayının 12-də Bakıda ilk Avropa Oyunlarının açılışı olacaq. Bu yarışlarda 50 ölkədən 6 mindən artıq idmançı iştirak edəcək. Ümid edirik ki, bu idmançılar müxaif düşüncəli insanlara qarşı aparılan repressiyaların aradan qaldırılmasına kömək edəcək. Son bir il ərzində ölkədə repressiyalar həyata keçirilib. Azərbaycan hakimiyyəti hər cür tənqidə dözümsüzlüyü belə bir vəziyyətin yaranmasilə nəticələnib. Bu repressiyaların qurbanlarından biri də Rəsul Cəfərovdur. O qondarma ittihamarla 6 il yarım müddətində azadlıqdan məhrum edilib. Azərbaycandan beynəlxalq aləmdə ən çox tanınan hüquq müdafiəçisi Leyla Yunus artıq çoxdandır ki azadıqdan məhrum edilib. Onun həyat yoldaşı Arif Yunus da məhbəs həyatı yaşayır. Onlara həbs olunandan bəri görüşməyə imkan verilmir.
Məşhur araşdırmaçı jurnalist Xədicə İsmayıl da 2014-cu ilin dekabrdan həbsxanadadır. Azərbaycan hakimiyyəti tənqidçilərini susdurmaq üçün qorxutma təqib etmıə həbs etmə kimi ən müxtəlif üsullara əl atır.
Bu yarışlarda iştirak edəcək idmançıların Azərbaycandakı repressiyalardan xəbərdar olması çox vacibdir. İdmançıların siyasi məhbus həyatı yaşayan insanlara dəstək verməsi böyük əhəmiyyət kəsb edir.
Başlıca cinayəti insan hüquqlarını müdafiə etmək olan bu şəxslərin dəstəklənməsi ilk növbədə repressiyaların dayandırılmasilə nəticələnə bilər”.